“Qarabağdan danışaq” TV layihəsinə start verilib
Diasporla İş üzrə Dövlət Komitəsi “Qarabağdan danışaq” adlı yeni layihəni təqdim edib. “OLAYLAR”-a Dövlət Komitəsindən bildirilib ki, layihə çərçivəsində Qarabağın mülki əhalisinin xatirələrinin videolentə alınması nəzərdə tutulur. TV layihəsinin ilk buraxılışı artıq Diaspor TV-də yayımlanıb və verilişdə hazırda Norveçdə yaşayan Xankəndi sakini Arzu Rzayeva doğulub-böyüdüyü Xankəndi şəhəri, Şuşada təhsil aldığı illər, Qarabağda yaşayan ermənilərin azərbaycanlılara münasibəti və s haqqında danışıb.
17 Sentyabr 2020 17:53 SosialDiasporla İş üzrə Dövlət Komitəsi "Qarabağdan danışaq" adlı yeni layihəni təqdim edib. "OLAYLAR"-a Dövlət Komitəsindən bildirilib ki, layihə çərçivəsində Qarabağın mülki əhalisinin xatirələrinin videolentə alınması nəzərdə tutulur. TV layihəsinin ilk buraxılışı artıq Diaspor TV-də yayımlanıb və verilişdə hazırda Norveçdə yaşayan Xankəndi sakini Arzu Rzayeva doğulub-böyüdüyü Xankəndi şəhəri, Şuşada təhsil aldığı illər, Qarabağda yaşayan ermənilərin azərbaycanlılara münasibəti və s haqqında danışıb.
Komitə "Qarabağdan danışaq" verilişində xaricdə yaşayan azərbaycanlılarla bərabər, torpaqlarımızın işğalı nəticəsində doğma yurdundan didərgin düşən soydaşlarımızın xatirələrini lentə alaraq Qarabağın mülki əhalisinin başına gətirilənləri dünya ictimaiyyətinə çatdırmaq niyyətindədir