Energetik içkilərin uşaqlara satılması qadağan olunur
Milli Məclisin insane hüquqları komitəsi sentyabrın 17-də keçirilən iclasında “Uşaq hüquqları haqqında” qanuna edilən düzəlişlə bağlı məsələni müzakirəyə çıxarıb.
17 Sentyabr 2020 14:28 SosialMilli Məclisin insane hüquqları komitəsi sentyabrın 17-də keçirilən iclasında "Uşaq hüquqları haqqında" qanuna edilən düzəlişlə bağlı məsələni müzakirəyə çıxarıb. "Olaylar" xəbər verir ki, bildirilib ki, sənədin 9-cu maddəsinin üçüncü hissəsi yeni redaksiyada verilib. Həmin hissədə deyilir ki, alkoqollu və energetik içkilərin, tütün məmulatlarının uşaqlara satılması, əmək şəraiti ağır, zərərli olan iş yerlərində, habelə yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, uşaqların əxlaqi kamilliyinə mənfi təsir göstərən gecə klublarında, barlarda, alkoqollu və energetik içkilərin, tütün məmulatlarının, toksik preparatların istehsalı, daşınması, satışı və saxlanılması işlərində, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə bağlı olan və uşaqların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən digər işlərdə uşaq əməyinin tətbiq edilməsi qadağandır.