Milli Məclis bir sıra xəstəliklərlə bağlı dinləmələr Keçirəcək
Azərbaycanın ali qanunverici orqanı olan Milli Məclisdə koronavirusla (COVID-19) bağlı dinləmə keçiriləcək.
16 Sentyabr 2020 19:14 SosialAzərbaycanın ali qanunverici orqanı olan Milli Məclisdə koronavirusla (COVID-19) bağlı dinləmə keçiriləcək."Olaylar" xəbər verir ki, bu, Milli Məclisin Səhiyyə komitəsinin 2020-ci ilin payız sessiyasının İş Planında öz əksini tapıb. Səhiyyə komitəsi payız sessiyasında icbari tibbi sığortanın tətbiqi ilə bağlı normativ-hüquqi aktlara dəyişikliklərin edilməsi və onkoloji xəstələrə tibbi yardımın vəziyyəti və perspektivləri ilə bağlı da dinləmələr təşkil edəcək. İş Planı Milli Məclisin Səhiyyə komitəsinin sentyabrın 18-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31