İntizam komissiyası ayda azı 2 dəfə yığışacaq
Milli Məclisin İntizam komissiyasının iclaslarının keçirilməsi qaydası müəyyənləşib.
16 Sentyabr 2020 15:04 SosialMilli Məclisin İntizam komissiyasının iclaslarının keçirilməsi qaydası müəyyənləşib."Olaylar"ın xəbərinə görə, İntizam Komissiyasının iclasları ayda iki dəfədən az olmayaraq keçirilir. İntizam komissiyasının iclasının gününü və gündəliyini komissiyanın sədri təyin edir. İntizam komissiyasının üzvü olan deputatın komissiyanın iclasında iştirakı məcburidir. Komissiyanın iclasları Milli Məclisin inzibati binasında keçirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31