Vaxtında yaradılan güclü “təhlükəsizlik yastığı”

Pandemiya şəraitində meydana çıxan çağırışları qarşılamağa imkan verir

Pandemiya şəraitində meydana çıxan çağırışları qarşılamağa imkan verir

Respublikamızın dövlət müstəqilliyinin bərpasından sonra Sumqayıt şəhəri özünün sosial-iqtisadi yüksəliş salnaməsini zənginləşdirməkdə davam edir. Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində Sumqayıt yüksək məqsədə doğru qətiyyətlə irəliləyərək möhtəşəm nailiyyətlər əldə edib. Bu uğurlu addımlardan biri də Sumqayıt Kimya Sənaye Parkı barəsində verilən fərmanda öz əksini tapıb. Belə ki, Sumqayıt Kimya Sənaye Parkında dinamik inkişaf edən məhsul istehsalı və ixrac prosesi mövcuddur. Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən istehsal olunan məhsullar daxili bazara çıxarılmaqla yanaşı, bir sıra ölkələrə də ixrac olunur. Ümumilikdə Sənaye Parkında istehsal olunmuş 534 milyard manatdan çox dəyərdə məhsulun satışı həyata keçirilib ki, bunun da təqribən 33%-i ixrac edilib. Və bununla da Sumqayıt Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzi olduğunu təsdiqlədi.  Bakı şəhəri, Nəsimi rayon sakini Zeynəb Hüseynova qeyd edib ki, Sumqayıt Kimya Sənaye Parkının  ön plana çəkdiyi bir çox məqsədlər vardı ki, bunlarda: ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şəraitin yaradılması, bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır: "Kimya sənayesi məhsulları, o cümlədən qeyri-üzvi kimya, üzvi sintez kimyası, polimerlər kimyası, məişət kimyası və əczaçılıq kimyası məhsulları, maşınqayırma sənayesi məhsulları, o cümlədən elektroenergetika üzrə məhsullar, dəzgah və alətqayırma, avtomobilqayırma, kənd təsərrüfatı üçün texnika və cihazqayırma məhsulları, metallurgiya sənayesi məhsulları, metallurji proseslər üçün qatqılar, o cümlədən qara və əlvan metal məhsulları, müxtəlif tikinti materialları, informasiya-kommunikasiya texnologiyaları məhsulları, yüngül sənaye məhsulları, qablaşdırma məhsulları və.s kimi prioritet istiqamətlərdə fəaliyyətlər mövcuddur. Biz bütün bu uğurlu addımlara görə  prezidentimiz- İlham Əliyevə minnətdar olmalıyıq. Ümummilli liderimiz Heydər Əliyevin və möhtərəm Prezidentimiz İlham Əliyevin qayğısı sayəsində Sumqayıt nəinki Azərbaycanın, Cənubi Qafqazın  ikinci böyük şəhəridir. Əminəm ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında doğma Sumqayıtımız yeni-yeni zirvələr fəth edəcəkdir".

Nəsimi rayon sakini Nəsir Abbaszadə qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, müasir iqtisadi və sosial infrastrukturun formalaşdırılması ölkə iqtisadiyyatının sürətli inkişafını və onun rəqabət qabiliyyətinin yüksəlməsini təmin edib: "Yoxsulluğun aradan qaldırılması, ümumiyyətlə, son illər ərzində Azərbaycanın inkişaf strategiyasının uğurla reallaşdırılması beynəlxalq səviyyədə, dünyanın aparıcı siyasi, iqtisadi, maliyyə və digər qurumları tərəfindən də təsdiq olunur. Azərbaycanın bu uğuru heç də təsadüfi deyil. Bütün bu uğurların təməlində həyata keçirilən düşünülmüş və məqsədyönlü siyasət dayanır. Məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, müasir iqtisadi və sosial infrastrukturun formalaşdırılması ölkə iqtisadiyyatının sürətli inkişafını və onun rəqabət qabiliyyətinin yüksəlməsini təmin edib. Eyni zamanda, Azərbaycanda həyata keçirilən sosial siyasət nümunəvi xarakter daşıyır. Vaxtında yaradılan güclü "təhlükəsizlik yastığı" indiki pandemiya şəraitində meydana çıxan çağırışları qarşılamağa imkan verir". Onun sözlərinə görə, hal-hazırda ölkəmizin hər yerində müsbət nəticələr əldə olunur: "İqtisadiyyatımız durmadan inkişaf edir. Fabrik və zavodlarımızın istehsal gücü artıb. Artıq regionlarda demək olar hər yerdə məhsul ixrac olunur. İstehsal sahələri artırılır, işsizliyin sayı aşağıya enir. Eyni zamanda, Sumqayıtda açılan Kimya Sənaye Parkı yeniləşən güclü Azərbaycanı göstərir. Bütün bu amillər düzgün istiqamətə səfərbər edilir. Sumqayıt Kimya Sənaye Parkının ümumi inkişaf tendensiyası yeniliklərə münasibətilə fərqlənir. Cənab prezidentimizin diqqət və qayğısı nəticəsində hər zaman təhsilimiz günü-gündən inkişaf etmişdir. Bu gün də 2020-2021-ci tədris ilinə xoş bir töhfə olaraq peşə məktəbi gənclərin istifadəsinə verilmişdir. Gənclərin sağlam, savadlı, və şəxsiyyət kimi inkişaf etməsi üçün dövlət tərəfindən hər zaman yüksək diqqət və qayğı göstərilmişdir, bütün bunlar biz gəncləri ruhlandırır".

Nurlan

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31