Koronavirusdan ölən kişinin son anları — VİDEO
16 Sentyabr 2020 07:54 SosialKoronavirusdan ölən kişinin son anlarının görüntüləri yayılıb.
Milli.az bildirir ki, Türkiyənin Çorum vilayətində koronavirus səbəbindən dünyasını dəyişən 62 yaşlı təqaüdçü Yaşar Ünalın xəstəxanada çəkilən görüntüləri yayılıb.
Onun reanimasiya şöbəsinə yatırılmazdan əvvəl çəkdiyi video sosial şəbəkələrdə müzakirə mövzusu olub. O, videoda deyib:
"Nəfəs almaqda çətinlik çəkirəm. Qızdırmam var. Öskürəyim dayanmır. Allah kimsəyə göstərməsin. Gec qaldım, siz gec qalmayın"
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, Türkiyədə 291 mindən çox insan koronavirusa yoluxub, 7 mindən çox insan bu virus səbəbindən dünyasını dəyişib.
Sözügedən görüntüləri təqdim edirik:
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31