"Ölkənin iqtisadi gücü bütün məktəb binalarını müasir standartlara cavab verəcək səviyyədə təmin etməyə imkan verir" - Kamran Əsədov
"Hazırda respublikanın təhsil sistemində davamlı inkişafa yönəlmiş əsaslı infrastruktur dəyişiklikləri aparılır. Bir çox dövlət proqramları və layihələr həyata keçirilir. Yeni ümumtəhsil məktəblərinin tikintisi, əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqlarla təminatı nəticəsində, ümumilikdə, ölkə üzrə indiyədək 1 milyondan çox şagirdin təlim-tədris şəraiti yaxşılaşdırılıb". Bu fikirləri Olaylar.az-a açıqlamasında Təhsil üzrə ekspert Kamran Əsədov bildirib.
15 Sentyabr 2020 15:20 Sosial"Hazırda respublikanın təhsil sistemində davamlı inkişafa yönəlmiş əsaslı infrastruktur dəyişiklikləri aparılır. Bir çox dövlət proqramları və layihələr həyata keçirilir. Yeni ümumtəhsil məktəblərinin tikintisi, əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqlarla təminatı nəticəsində, ümumilikdə, ölkə üzrə indiyədək 1 milyondan çox şagirdin təlim-tədris şəraiti yaxşılaşdırılıb".
Bu fikirləri Olaylar.az-a açıqlamasında Təhsil üzrə ekspert Kamran Əsədov bildirib.
Ekspert qeyd edir ki, məktəblərin maddi-texniki bazasının bütövlükdə müasir tələblər səviyyəsinə çatdırılması məqsədilə onların təlim keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir göstərən tədris laboratoriyaları, kitabxana və idman infrastrukturu ilə təmin olunması istiqamətində də ciddi addımlar atılıb.:
"Rəsmi rəqəmlərə istinadən deyə bilərəm ki, Azərbaycanda məktəb tikintisi son illərdə sürətlə aparılır. Azərbaycanın ən ucqar kəndlərində belə şagirdlər yeni məktəblərdə təhsil alırlar. Bu onun göstəricisidir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət təhsilin inkişafına, onun maddi- texniki bazasının möhkəmlənməsinə böyük qayğı göstərir. Xatırladım ki, hal -hazırda ölkəmizdə 4472 orta məktəb binası var və son 10 il ərzində onların 3 mindən çoxu təmir olunub. Amma buna baxmayaraq hal hazırda normal təhsil mühitinin və şəraitinin olmadığı, qəzalı vəziyyətdə olan məktəblər var. Misal üçün 2017-2020-cici ildə ölkəmizdə 600 dən çox yeni məktəb tikilmiş, 14 məktəbdə əsaslı, 500-ə yaxın məktəbdə isə cari təmir aparılıb. Bu məktəblərin hamısı regionlarda yerləşir və az saylı şagird tutumuna malikdir. Ona görə də böyük vəsait sərf edib yeni, böyük məktəb binası inşa etməkdənsə, modul tipli məktəblər inşa etməklə bu problemi həll etmək olar."
Kamran Əsədov modul tipli məktəblərdən Avropa və Amerikada istifadə edildiyini bildirir:
"Bu, daha çevikdir, sökülüb-daşınması daha optimaldır, təhlükəsizlik yüksək səviyyədədir, daha keyfiyyətli dizayn əsasında formalaşdırılır. Ənənəvi məktəblərdə, daha çox tikinti materiallarından istifadə olunur. Düşünürəm ki, 2021-ci ilə qədər ölkədə qəzalı vəziyyətdə olan məkətbləri modul tipli məktəblərlə əvəz etməklə təhsilin inkişafına təkan vermək olar. Hal hazırda ölkədə yüzlərlə qəzalı vəziyyətdə, hər an ucub, dağılıb ciddi fəsadlar törədə biləcək məkətb binaları var. Ölkənin iqtisadi gücü bütün məktəb binalarını müasir standartlara cavab verəcək səviyyədə təmin etməyə imkan verir."