Sosial şəbəkələrin fəaliyyətinin hüquqi müstəvidə tənzimlənməsi Aktualdır

“Sosial şəbəkələrin bu gün insan həyatının ayrılmaz bir hissəsinə çevrilməsinin danılmaz faktdır. Bu gün sosial şəbəkələrin fəaliyyətinin hüquqi müstəvidə tənzimlənməsi məsələsi olduqca aktualdır”.

"Sosial şəbəkələrin bu gün insan həyatının ayrılmaz bir hissəsinə çevrilməsinin danılmaz faktdır. Bu gün sosial şəbəkələrin fəaliyyətinin hüquqi müstəvidə tənzimlənməsi məsələsi olduqca aktualdır". "OLAYLAR" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Eldəniz Səlimov səsləndirib. O, qeyd edib ki, istənilən ölkədə sosial şəbəkələr azaddır və bu azadlıqdan sui-istifadə halları da kifayət qədərdir: "Əgər internet üzərindən terrora, müharibəyə, qarşıdurmaya, vətəndaşlara təhqir çağırışları varsa, eyni zamanda, ictimaiyyətə başqa formada fikirlər çatdırılırsa və bu da çaşqınlıq yaradırsa, bunun qarşısı alınmalıdır. Azərbaycanın müstəqil siyasət yürüdən güclü dövlət kimi beynəlxalq arenada nüfuzunun artması anti-Azərbaycan və ermənipərəst dairələri narahat edir, ölkəmizə qarşı qarayaxma kampaniyaları təşkil olunur. Antimilli ünsürlər məhz sosial şəbəkələrin yaratdığı belə qeyri-qanuni imkanlardan istifadə edərək Azərbaycana, dövlətçiliyə qarşı yalan, böhtan, təhqir dolu fikirlər səsləndirirlər. Azərbaycan dəfələrlə xarici anti-Azərbaycan qüvvələrinin sosial şəbəkələr, onlayn platformalar vasitəsilə qərəzli kampaniyalarına məruz qalıb, ölkəmizə qarşı ardıcıl terror çağırışları indi də davam edir. Sosial şəbəkələrlə bağlı beynəlxalq səviyyədə universal normativ hüquqi aktların hazırlanması və tətbiqi ilə bağlı müzakirələr getdiyi, ayrı-ayrı ölkələrdə qanunlara əlavələr olunduğu, yeni qanunların qəbuluna hazırlıqlar getdiyi bir vaxtda Azərbaycan da bu prosesdən kənarda qalmamalı və məsələ ilə bağlı müvafiq qanunvericilik bazası formalaşdırılmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31