Pirşağıda Qızılqum binalarında qəza vəziyyəti Yaranıb
Pirşağıda Qızılqum binalarında qəza vəziyyəti yaranıb. “Olaylar” xəbər verir ki, bu barədə psixoloq Ramil Nəcəfli Facebook səhifəsində qeyd edib:“Pirşağıda yaşadığımız Qızılqum binalarında qəfildən qəza vəziyyəti yarandı. Binanın yanında çəkiləcək kanalizasiya xəttinin qazıntısı binanı çatlatdı.
15 Sentyabr 2020 14:31 SosialPirşağıda Qızılqum binalarında qəza vəziyyəti yaranıb. "Olaylar" xəbər verir ki, bu barədə psixoloq Ramil Nəcəfli Facebook səhifəsində qeyd edib:"Pirşağıda yaşadığımız Qızılqum binalarında qəfildən qəza vəziyyəti yarandı. Binanın yanında çəkiləcək kanalizasiya xəttinin qazıntısı binanı çatlatdı.
Bütün dövlət qurumları və hərbçilər tökülüşüb əraziyə. Binanın biri daha təhlükəlidir. Çadırlar qurulub. Sakinləri köçürdəcəklər. Bizim binanı da o cümlədən. Ancaq hara və necə? Hələ ki, məlum deyil. Uşaqların məktəbi, harda dərsə gedəcəyi də sual altına düşdü. Olacaqlar qarşısında təslim olub hər şeyi öz axarına buraxmaqdan başqa çarəm yoxdu. Qarşıda məni gözləyən əvvəlkindən fərqli bir həyatı maraqla gözlüyəcəm. Bizim üçün xeyirli olan nədirsə o olsun".