Deputat: “Təhsildə atılan hər bir uğurlu addım ölkəmizin inkişafının təminatıdır”
“Bu gün, 15 sentyabr ölkəmizdə “Bilik günü” kimi qeyd olunur. Mövcud pandemiya ilə əlaqədar olaraq şagird və tələbələrimiz mərhələli şəkildə dərslərə başlayacaq olsalar da, məktəb həyatına qədəm qoyan birincilər üçün xüsusilə əlamətdar, sevincli bir gündür”.
15 Sentyabr 2020 13:53 Sosial"Bu gün, 15 sentyabr ölkəmizdə "Bilik günü" kimi qeyd olunur. Mövcud pandemiya ilə əlaqədar olaraq şagird və tələbələrimiz mərhələli şəkildə dərslərə başlayacaq olsalar da, məktəb həyatına qədəm qoyan birincilər üçün xüsusilə əlamətdar, sevincli bir gündür". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Vüqar Bayramovun sözlərinə görə, bu gün insanları arzularına, xəyalarına çatmasına, gələcəyə dair planlarını gerçəkləşdirmələrinə zəmin yaradan bir həyat yolunun başlanğıcıdır: "Ancaq təəssüf ki, hazırda minlərlə məcburi köçkün statuslu şagirdlərimiz, tələbələrimiz təhsil həyatlarını öz doğma yurdlarından kənarda davam etdirirlər. Amma şagirdlərimiz, tələbələrimiz unutmamalıdır ki, torpaqlarımızın azad edilməsində, eləcə də ölkəmizi regional və qlobal səviyyədə daha da üst mövqeyə çatmasında təhsil ən güclü vasitədir. Təhsildə atılan hər bir uğurlu addım ölkəmizin inkişafının təminatıdır. Odur ki, əziz şagirdlər, tələbələr və valideynlər, hər birinizi bu əlamətdar gün münasibətilə təbrik edir və bu məsuliyyətli həyat yolunda uğurlar arzu edirəm".