Rusiyadan sonra daha bir ölkədən peyvənd müjdəsi - Tarix verildi

Çinin COVID-19-a qarşı hazırladığı peyvənd bu ilin noyabr ayında kütləvi istifadəyə veriləcək.

Çinin COVID-19-a qarşı hazırladığı peyvənd bu ilin noyabr ayında kütləvi istifadəyə veriləcək.

Olaylar.az-ın məlumatına görə, bunu Çin Epidemik Nəzarət və Profilaktika Mərkəzi açıqlayıb.

Çin COVID-19 üçün dörd fərqli vaksin araşdırması aparır. Sonuncu, 3-cü mərhələdə olan peyvəndlər insan üzərində sınaqdan keçirilir. Bu peyvəndlərdən biri iyul ayında ölkədə insanalara tətbiq edilib.

Mərkəzin nümayəndəsi Quizhen Vu bildirib ki, son aylarda peyvəndlərdən birini sınamaq üçün özünə vurub:

"Heç bir yan təsir yoxdur. Hansı peyvənd olduğunu açıqlamıram. Amma vaksin ən geci noyabr və ya dekabr aylarında çinlilərə tətbiq ediləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31