Qanunsuz torpaq satan bələdiyyə sədrinə cinayət işi açılıb

Ağstafa rayon Dağkəsəmən bələdiyyəsinin sədri işləyən Ariz Bayramovun  qanunsuz hərəkətləri barədə daxil olmuş müraciət əsasında Qazax rayon prokurorluğunda araşdırma aparılıb

Ağstafa rayon Dağkəsəmən bələdiyyəsinin sədri işləyən Ariz Bayramovun  qanunsuz hərəkətləri barədə daxil olmuş müraciət əsasında Qazax rayon prokurorluğunda araşdırma aparılıb. "Olaylar"ın məlumatına görə, Qazax rayon prokurorluğundan bildirilib ki,  aparılmış araşdırmalarla Ariz Bayramovun tamah niyyəti ilə Dağkəsəmən bələdiyyəsinə məxsus 0.3 hektar torpaq sahəsinin satılması barədə qərara və kassa mədaxil orderinin qəbzinə vətəndaşın məlumatlarını, habelə 06.10.2006-cı il tarixdə guya alqı-satqı aparılmasına dair qeydləri yazıb. Vətəndaş rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək özünün imzası və bələdiyyənin möhürü ilə təsdiq edərək vəzifə saxtakarlığı etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31