Xarici ölkələrin QHT təcrübəsi təşviq ediləcək

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Şəmsi Əsədullayev” xeyriyyə ictimai birliyi “QHT fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində beynəlxalq təcrübənin təşviqi” layihəsinin icrasına başlayıb. Təşkilatdan Olaylar.az-a verilən məlumatda qeyd edilir ki, layihə 3 ay müddətində fəaliyyət göstərəcək. Layihənin əsas məqsədi  QHT-lərlə bağlı xarici ölkələrin qabaqcıl qanunvericilik təcrübəsinin  öyrənilməsi və yaxşı nümunələrin milli səviyyədə tətbiqini təşviq etməkdən ibarətdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Şəmsi Əsədullayev" xeyriyyə ictimai birliyi "QHT fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində beynəlxalq təcrübənin təşviqi" layihəsinin icrasına başlayıb.

Təşkilatdan Olaylar.az-a verilən məlumatda qeyd edilir ki, layihə 3 ay müddətində fəaliyyət göstərəcək. Layihənin əsas məqsədi  QHT-lərlə bağlı xarici ölkələrin qabaqcıl qanunvericilik təcrübəsinin  öyrənilməsi və yaxşı nümunələrin milli səviyyədə tətbiqini təşviq etməkdən ibarətdir.

Bu məqsədlə QHT-lərin fəaliyyəti və maliyyə mənbələri ilə bağlı milli və xarici qanunvericiliyin, praktikanın araşdırılması və bu istiqamətdə müzakirələrin təşkili həyata keçiriləcək. 

Qeyd olunan istiqamətdə həmçinin  8 veriliş (reportajlar,  müsahibələr və canlı yayımlar) təşkil olunacaq və 1 videorolik hazırlanacaq.

Eyni zamanda layihə çərçivəsində qabaqcıl ölkələrdə QHT-lərin fəaliyyətinin təmizləyən hüquqi çərçivə haqqında məlumatlar toplanaraq, ixtisaslaşmış saytda xüsusi bölməyə daxil ediləcək.

Layihənin sonunda qanunvericiliyin təkminləşdirilməsi ilə bağlı təkliflər müvafiq qurumlara təqdim olunacaq. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31