YAP Ucar rayon təşkilatı yeni lahiyəyə Start Verdi
YAP Ucar rayon təşkilatı və rayon təşkilatının Gənclər Birliyi hər bir rayon şəhidinin doğum və vəfatı günlərində şəhidin məzarının və ailəsinin ziyarət olunması məramı ilə yeni bir lahiyənin icrasına start verib. “Olaylar” xəbər verir ki, bu barədə məlumat paylaşan millət vəkili Ramil Həsən qeyd edib ki, ilk tədbirin 13 sentabr 2020-ci il tarixə təsadüf etməsi səbəbsiz deyildir.
14 Sentyabr 2020 16:26 SosialYAP Ucar rayon təşkilatı və rayon təşkilatının Gənclər Birliyi hər bir rayon şəhidinin doğum və vəfatı günlərində şəhidin məzarının və ailəsinin ziyarət olunması məramı ilə yeni bir lahiyənin icrasına start verib. "Olaylar" xəbər verir ki, bu barədə məlumat paylaşan millət vəkili Ramil Həsən qeyd edib ki, ilk tədbirin 13 sentabr 2020-ci il tarixə təsadüf etməsi səbəbsiz deyildir. 13 sentyabr 1973-cü ildə Xələc kəndinin ilk şəhidi Əhmədov Ayaz Əhməd oğlunun doğum günüdür. Ayaz Əhmədov Ucar rayonunun Xələc kəndində anadan olmuşdur. Xələc kənd tam orta məktəbini bitirdikdən sonra Ucar rayon Məişət Xidməti Kombinatında bərbər işləmişdir. Azərbaycan Ordusu sıralarında hərbi xidməti zamanı 17 iyul 1992-ci ildə ömrünün 18 il 10 ay 4-cü günündə Ağdərə rayonunun müdafiəsi uğunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. Ucar rayon Şəhidlər Xiyabanında dəfn olunub. Təhsil aldığı Xələc kənd tam orta məktəbi adına əbədiləşdirilib. YAP İcar rayon təşkilatının Gənclər Birliyi İdarə Heyətinin bir qrup üzvləri ilə ilk əvvəl Ayaz Əhmədovun Ucar Şəhidlər Xiyabanında qəbri məzarı ziyarət edildi, şəhidlərimizin ruhuna dualar oxundu. Xələc kənd tam orta məktəbinin şəhidlərin guşəsi ilə tanış olduqdan sonra Xələc kənd YAP ərazi təşkilatının və məktəb rəhbərliyinin nümayəndələrinin iştiraki ilə Xələc kənd qəbirstanlığında uyuyan digər şəhidlərimiz Həsənov Natiq Həsənqulu oğlunun, Məmmədov Qeys Məmməd oğlunun və Rzayev Habil Müslət oğlunun məzarları ziyarət olundu, ruhlarına dualar oxundu. Şəhidlərin ailə üzvləri ilə evlərində görüşülüb, söhbət aparıldı, problemləri öyrənildi.