Deputatlar şəhid ailəsini Ziyarət Ediblər
Millət vəkilləri Qənirə Paşayeva və Tamam Cəfərova, “Bayburt” inşaat şirkətinin rəhbəri Alim Şəntürk 12 iyul Tovuz döyüşləri zamanı qəhrəmancasına şəhid olan gizir İlqar Zeynallının Tovuz rayonunun Cəlilli kəndində yaşayan ailəsini ziyarət ediblər.
14 Sentyabr 2020 14:03 SosialMillət vəkilləri Qənirə Paşayeva və Tamam Cəfərova, "Bayburt" inşaat şirkətinin rəhbəri Alim Şəntürk 12 iyul Tovuz döyüşləri zamanı qəhrəmancasına şəhid olan gizir İlqar Zeynallının Tovuz rayonunun Cəlilli kəndində yaşayan ailəsini ziyarət ediblər. "Olaylar" xəbər verir ki, şəhidimizin ailə üzvləri ilə ətraflı və səmimi fikir mübadiləsi olub. Nur içində yatsın qəhrəman şəhidlərimiz. Qəhrəman şəhidimizin ailəsinə dövlətimiz və millətimiz hər zaman yanınızdadır deyən millət vəkilləri Qənirə Paşayeva, Tamam Cəfərova şəhid ailələrinin hər birimiz üçün əziz, dəyərli olduğunu bildiriblər. Görüşdə iştirak edən "Bayburt" İnşaat şirkətinin rəhbəri Alim Şəntürk Türkiyə olaraq qardaş Azərbaycandakı şəhid ailələrimizin hər zaman yanındayıq deyib.