Gömrük nəzarətindən gizlədilən siqaretlər Aşkar edildi
Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları 3 fakt üzrə siqaretlərin qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.
14 Sentyabr 2020 13:47 SosialQərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları 3 fakt üzrə siqaretlərin qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar. Dövlət \gömrük Komitəsindən "Olaylar"a bildirilib ki, Baş İdarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn 2 ədəd "Mercedes Benz" və "Volvo FH 12" markalı nəqliyyat vasitələrinə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobillərin gizlin saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən 4200 ədəd müxtəlif markalı siqaret aşkar edilib. Faktlarla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31