Axtarışda olan cibgir Ələ Keçib
Bakıda cibgirlik hadisəsi baş verib
14 Sentyabr 2020 15:12 SosialBakıda cibgirlik hadisəsi baş verib. Bu barədə "Olaylar"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə axtarışda olan N.Musayev saxlanılıb. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun 9 nəfərin çantalarından və ciblərindən mobil telefonlar oğurlaması da müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31