Səməd Seyidov: “Komitənin iclaslarını onlayn keçirmək düzgün deyil”

“İclasların onlayn keçirilməsi onun təhlükəsizliyini tam təmin edə bilməz”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında çıxış edən komitə sədri Səməd Seyidov deyib.

"İclasların onlayn keçirilməsi onun təhlükəsizliyini tam təmin edə bilməz". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında çıxış edən komitə sədri Səməd Seyidov deyib. Komitə sədri  bildirib ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclaslarını onlayn keçirmək düzgün deyil: "Jurnalistlər Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlər barədə hesabatın, 2020-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planının, "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əqli mülkiyyət obyektlərinə hüquqların qorunması sahəsində gömrük orqanlarının qarşılıqlı fəaliyyəti haqqında" sazişin təsdiq edilməsi barədə qanun layihəsinin müzakirəsində zalda ola bilər. Cari məsələlərin müzakirəsini isə jurnalistlərin iştirakı olmadan keçirəcəyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31