Daha bir komitə ilk iclasını Keçirəcək

Bu gün Milli Məclisin (MM) daha bir komitəsinin-Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin parlamentin qarşıdan gələn payız sessiyası ilə bağlı ilk iclası keçiriləcək.

Bu gün Milli Məclisin (MM) daha bir komitəsinin-Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin parlamentin qarşıdan gələn payız sessiyası ilə bağlı ilk iclası keçiriləcək. "Olaylar" xəbər verir ki, tərkibinə görə, MM-in ən böyük komitəsi olan adıçəkilən komitənin iclası saat 12-də öz işinə başlayacaq. İclasa komitənin rəhbəri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin başçısı, professor Səməd Seyidov sədrlik edəcək. İclasda komitənin yaz və növbədənkənar sessiyalardakı fəaliyyəti ilə bağlı hesabatı, o cümlədən, payız sessiyası ilə əlaqədar qanunvericilik işləri planı və digər məsələlər müzakirə olunacaq, təsdiqlənəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31