Millət vəkili 600 baldan yüksək nəticə göstərən məzunları mükafatlandırıb

Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının təşkilatçılığı ilə Yevlax rayonundan 2020-ci il tarixdə Ali məktəblərə keçirilən qəbul imtahanlarında  600 baldan yüksək nəticə göstərən bir qrup məzunla online videoformatda görüş keçirilib.

Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının təşkilatçılığı ilə Yevlax rayonundan 2020-ci il tarixdə Ali məktəblərə keçirilən qəbul imtahanlarında  600 baldan yüksək nəticə göstərən bir qrup məzunla online videoformatda görüş keçirilib. "Olaylar" xəbər verir ki, tədbirdə YAP Yevlax rayon təşkilatının sədri, Milli Məclisin deputatı İlham Məmmədov, YAP Yevlax rayon təşkilatının aparat rəhbəri  Rafiq Əliyev, Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini, YAP Yevlax rayon təşkilatı sədrinin müavini Elnarə Əzizova, YAP Yevlax rayon təşkilatı Qadınlar şurasının sədri, "Kür" qəzetinin baş redaktoru Əminə Əhmədova, Yevlax şəhər Təhsil şöbəsinin müdiri Namidə Abbasova və digər dövlət qurumlarını təmsil edən gənclər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Rafiq Əliyev konfrans iştirakçılarını salamlayaraq bütün məzunları YAP Yevlax rayon təşkilatı adından təbrik edib. Rafiq Əliyev ölkəmizdə hər zaman savadlı gənclərə böyük önəm verildiyini bildirərək,  bu gün yüksək nəticələr əldə etmiş məzunlarımızın da gələcəkdə dövlətimiz üçün savadlı mütəxəssis kimi formalaşacağını  bildirib. 

Çıxış edən YAP Yevlax rayon təşkilatının sədri, Milli Məclisin deputatı İlham Məmmədov  Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin "Təhsil Millətin Gələcəyidir" sözlərini bir daha yada salaraq bildirib ki, bu gün dövlətimiz tərəfindən təhsilin inkişafına böyük önəm verilir. Ölkə rəhbəri cənab İlham Əliyevin, I Vitse-Prezident xanım Mehriban Əliyevanın rəhbərliyi altında son illərdə təhsilimizin yüksələn xətlə inkişafından danışan millət vəkili, ölkəmizin hər bir bölgəsində, hətta ucqar dağ kəndlərində belə müasir tələblərə cavab verən yeni məktəb binalarının tikilərək məktəblilərin istifadəsinə verildiyini və görülən işlərin mərkəzində məhz ölkə rəhbərinin fədakar əməyinin dayandığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. İlham Məmmədov yüksək bal toplayaraq  universitetlərə qəbul olacaq tələbələrin hər birini təbrik edərək bildirib ki, onların hər biri Müstəqil Azərbaycanın, doğma şəhərimizin gələcək həyatında yaxından iştirak edəcək və öz bilik-bacarıqları ilə dövlətimizin gələcək inkişafı naminə səylə çalışacaqlar.

Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini, YAP Yevlax rayon təşkilatının sədr müavini Elnarə Əzizovada çıxış edərək yüksək nəticə göstərən məzunları Yevlax şəhər İcra Hakimiyyətinin rəhbərliyi adından təbrik etmişdir. Elnarə Əzizova bütün məzunlara gələcək təhsil həyatında uğurlar arzulayaraq, dövlətimizin hər zaman təhsilə göstərdiyi diqqət və qayğısını gənclərin diqqətinə çatdırıb. YAP Yevlax rayon təşkilatı Qadınlar şurasının sədri, "Kür" qəzetinin baş redaktoru Əminə Əhmədova çıxış edərək öz növbəsində məzunları təbrik etmiş və onların hər birinə seçdikləri Universitetlərin tələbəsi olmağı arzu edib. Əminə Əhmədova gənclərə harda olmalarından asılı olmayaraq hər zaman doğma şəhərimizin onların bu uğurları ilə fəxr edəcəyini bildirib. Videkonfrans formatında təşkil olunan tədbirdən sonra Ali təhsil müəssələrinə qəbul imtahanlarında 600-baldan yuxarı nəticə göstərən bir qrup abituriyent YAP Yevlax rayon təşkilatının qərargahına dəvət olunaraq YAP Yevlax rayon təşkilatının sədri, Milli Məclisin deputatı İlham Məmmədov  tərəfindən fəxri-fərman və hədiyyələrlə təltif olunub və onlara gələcək təhsil həyatlarında uğurlar arzulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31