Beyin haqqında Bilmədiklərimiz
Beyin mərkəzi sinir sistemini idarə edən orqandır. O bizim düşüncə, qavrama və məntiqli yaşam tərzimizin təminatçısıdır. Bunun üçünsə beynimizi daim inkişaf etdirməliyik.
11 Sentyabr 2020 16:12 SosialBeyin mərkəzi sinir sistemini idarə edən orqandır. O bizim düşüncə, qavrama və məntiqli yaşam tərzimizin təminatçısıdır. Bunun üçünsə beynimizi daim inkişaf etdirməliyik.
Dünyanın ən ağıllı canlısı olsaq da, beynimiz haqqında çox az bilgilərə sahibik. Ancaq bir neçə dəqiq fakt mövcuddur.
İnsan beyni heç bir kompüterlə müqayisə olunmayacaq dərəcədə mürəkkəb sistemə sahibdir.
Beynimiz ağrı hiss etmir. Bunun səbəbi beynimizdə ağrı qəbul edici resoptorların olmamasıdır. Buna görə də, cərrahlar beyin əməliyyatlarını xəstə oyaq halda, keyidici dərmanlar vurmadan həyata keçirirlər.
Beynimizin 1 terabit informasiyanı saxlamaq bacarığı var. Və bu Bratinnika ensklopediyasından 5 dəfə böyükdür.
Bu günədək heç düşündünüzmü ki,çəkiclə baş barmağa zərbə dəydikdə niyə beynimiz belə tez reaksiya verir? Bunların hamısı sinir impluslarının sürəti nəticəsində baş verir. Bu implusların sürəti idman avtomobillərinin sürəti ilə müqayisə edilir.
Beyin damarlarımızın uzunluğu 160 000 km-dir.
Yuxuda olduğumuz zaman beyimiz daha aktiv olur. Çünki beynimiz gün ərzində əldə etdiyi informasiyanı biz yatarkən yaddaşda nizamlayır. Bu səbəbdən də yuxusuz qaldıq da insan beyninin fəaliyyəti zəifləyir və öyrəndiklərimizi daha tez unuduruq.
Orta hesabla kişi beyni qadın beynindən 10% daha böyükdür. Ancaq qadın beyni daha çox sinir hüceyrəsi və neyron bağlantısı olduğuna görə daha çox informasiya yadda saxlaya bilir.
Qadınlarda həssaslığa meyilli olan sağ beyin, kişilərdə isə məntiq və dəqiqliyə cavabdeh olan sol beyinin aktivliyi nəzərə çarpır.
Beyin ölçüsünün fərqi varmı? Araşdırmalar nəticəsində bəlli olmuşdu ki,insan beyni 1400qram olduğu halda Albert Enştynin beyni 1230 qram olub.