İri ticarət mərkəzləri və "Mallar" da açılır? - TƏBİB-dən AÇIQLAMA

Azərbaycanda koronavirusa görə tədbiq edilən karantin rejimində yumşalmalar davam edir.
Belə ki, sentybarın 14-dən metroda öz fəaliyyətini bərpa edir. Bu gün hər kəsi maraqlandıran məsələ iri ticarət mərkəzlərinin və "Mallar"ın nə zaman açılamasıdır.

Bununla bağlı Sonxeber.az-a danışan TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, bu barədə onda məlumat yoxdur:

"Karantin qaydaları, yumşalmalar və müəssisələrin fəaliyyəti ilə bağlı bütün qərarlar, qaydalar Operativ Qərargah tərəfindən qəbul edilir. TƏBİB yalnız xəstəxanalarda müalicə işinə cavabdehdir. Əgər bununla bağlı qərar qəbul edilərsə Operativ Qərargah tərəfindən məlumat veriləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31