İcra başçısının həbs müddəti uzadıldı

Bu gün Səbail rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həbs edilən Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev və onunla birgə saxlanılan digər vəzifəli şəxslərin barəsində olan həbs qəti imkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.

Bu gün Səbail rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həbs edilən Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev və onunla birgə saxlanılan digər vəzifəli şəxslərin barəsində olan həbs qəti imkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb. "Olaylar" xəbər verir ki, hakim İlkin Rüstəmlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin hər birinin həbs müddəti 3 ay uzadılıb.

Qeyd edək ki, İ.Vəliyev və digərləri Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar. Onlara qarşı rüşvət, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və s. əməllərilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31