UNEC tələbəsindən ermənilərə iqtisadiyyat dərsi: Hindistanlı professordan TƏŞƏKKÜR məktubu
Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH Mərkəzinin “Mühasibat uçotu” ixtisasının III kurs tələbəsi Vəli Səməndərli Xorvatiyada keçirilən Beynəlxalq elmi konfransda çıxış edib.
11 Sentyabr 2020 12:03 SosialAzərbaycan Dövlət İqtisad Universitetinin SABAH Mərkəzinin "Mühasibat uçotu" ixtisasının III kurs tələbəsi Vəli Səməndərli Xorvatiyada keçirilən Beynəlxalq elmi konfransda çıxış edib. "Olaylar" xəbər verir ki, onun "Təcavüzkar siyasətin Ermənistan iqtisadiyyatına təsiri" (İmpact of agressive policy to the economy of Armenia) mövzusunda azərbaycanlı tələbənin çıxışı maraqla qarşılanıb. Konfransda Azərbaycan, Polşa, Hindistan, Rusiya, Türkiyə, Litva, Xorvatiya və Slovakiya nümayəndələri iştirak edib.
Azərbaycandan yeganə çıxışçı olaraq UNEC SABAH tələbəsi Vəli Səməndərli qatılıb. Konfrans iştirakçıları mövzunun adına görə azərbaycanlı tələbəni öncə erməni zənn ediblər. Ancaq öz çıxışı zamanı V. Səməndərli sovet dövrünə ekskurs edib, Azərbaycan və Ermənistan arasındakı iqtisadi əlaqələrə toxunub. Sonra hazırda Azərbaycanın bölgədə başlatdığı dünya səviyyəli neft, qaz, dəmiryolu və s. kimi layihələrdən, onun böyük maliyyə tutumundan, Ermənistanın bundan kənarda qalmasını rəqəmlərlə ifadə edib. Çıxışının sonunda məhz Ermənistanın aqressiyası, işğalçı siyasəti nəticəsində bu böyük layihələrdən kənarda qaldığını vurğulayıb.
Mövzunun bu sonluğa gələcəyini gözləməyən aparıcı azərbaycanlı tələbəyə "Ermənistan iqtisadiyyatında turizmlə bağlı problemlərin həlli üçün hansı tövsiyyələri verərdiniz?" sualını ünvanlayıb.