Koronavirusdan ölənlərin sayı 900 minə çatdı - ÜST
11 Sentyabr 2020 05:54 SosialDünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 250 mindən çox artıb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.
Sentyabrın 11-i saat 11:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 250 003 nəfər koronavirusa yoluxub, 4 880 nəfər isə dünyasını dəyişib.
Yoluxanların ümumi sayı 27 783 179, ölənlərin isə 899 916 nəfərə çatıb.
Bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31