Azərbaycan Yazarlar Klubu “Qobu-1” və “Qobu-2” yaşayış kompleksində

Sentyabrın 9-da “Azərbaycan Yazarlar Klubu” İctimai Birliyinin (AyAK) nümayəndələri Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-1” və “Qobu Park-2” yaşayış kompleksinə səfər ediblər.

Sentyabrın 9-da "Azərbaycan Yazarlar Klubu" İctimai Birliyinin (AyAK) nümayəndələri Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış "Qobu Park-1" və "Qobu Park-2" yaşayış kompleksinə səfər ediblər.

Səfər Klubun "pandemiya dövründə məcburi köçkünlərə və hərbçilərə kitabların hədiyyəsi" layihəsi çərçivəsində həyata keçirilib.

Klubun əməkdaşları kompleksə 150-dən artıq kitab, eləcə də AR Prezidenti İlham Əliyevdən bəhs edən "Qələmlə, silahla" toplusunu və yazıçı Elçin Hüseynbəylnini yenicə çapdan çıxmış "Vida" romanını təqdim ediblər.

Qobu -1 və 2 yaşayış kompleksinin məsul nümayəndəsi Əhməd Abdullayev çoxsaylı kitablar üçün "AyAK" rəhbərliyinə təşəkkür edib və bildirib ki, xüsusi karantin rejimi dövründə kitablar adamlar üçün əsl hədiyyədir.

Klubun sədri, yazıçı-dramaturq, publisist, əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli qeyd edib ki, layihə Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qrantı əsasında həyata keçirilir və adı çəkilən qurum artıq beşinci ildir ki, bu cür  layihələrə maliyyə dəstəyi verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31