Cəsarət Hüseynzadə: "Azərbaycan dövləti hər zaman təhsilin inkişafına xüsusi diqqət yetirir"

Azərbaycanda təhsilin inkişafında  Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da xüsusi xidmətləri var İbn Sina deyir ki, bütün elmlərin bünövrəsi təhsillə qoyulur. Ölkədə elmə, təhsilə hər zaman önəm verən prezident hər il paytaxtda və bölgələrdə neçə-neçə məktəbin yenidənqurmasına, əsaslı təmirinə maliyyə ayırır. Bütün bunlar Azərbaycanlı gələcyinə tutulan işiq, elmi yatırımdır. O işiq, o yatırım ki, heç bir güc onu bizim əlimizdən ala bilməz.

Azərbaycanda təhsilin inkişafında  Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da xüsusi xidmətləri var

İbn Sina deyir ki, bütün elmlərin bünövrəsi təhsillə qoyulur. Ölkədə elmə, təhsilə hər zaman önəm verən prezident hər il paytaxtda və bölgələrdə neçə-neçə məktəbin yenidənqurulmasına, əsaslı təmirinə maliyyə ayırır. Bütün bunlar Azərbaycanlı gələcyinə tutulan işiq, elmi yatırımdır. O işiq, o yatırım ki, heç bir güc onu bizim əlimizdən ala bilməz.

Bu şərəfli yolda cənab prezidentlə bərabər Heydər Əliyev  Fondu da qətiyyətlə, əzimlə çalışır. Belə ki, ötən il Fond tərəfindən  həyata keçirilən "Yeniləşən Azərbaycana  yeni məktəb" layihəsində əsas məqsədi təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etmək, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan qaldırmaq, cəmiyyətin müxtəlif  təbəqələrinin, yerli və xarici şirkətlərin, beynəlxalq təşkilatların bu sahədə birgə əməkdaşlıq imkanlarını müəyyənləşdirmək idi.
Layihə çərçivəsində  indiyədək  ölkənin müxtəlif bölgələrində 100 minlərlə  şagirdin təhsil aldığı minlərlə  məktəb binası inşa olundu və yenidən quruldu. Bu məktəblərin hər biri müasir laboratoriya, kitabxana, yeməkxana, ən son avadanlıqla təchiz edilmiş kompüter otaqları, emalatxana, idman zalları, geniş meydançalar və ayrıca istilik sistemi ilə təchiz olundu. Fondun təşəbbüsü ilə Bakıda və regionlarda  hazırda da yeni məktəblər, uşaq bağçaları, uşaq evləri, internat məktəb binaları tikilib istifadəyə verilir, əsaslı təmir və bərpa olunur.

Ölkədə və dünyada pandemiyanın höküm sürdüyü bir zamanda sosial islahatlara davam etdirən prezident bu dəfə də təhsilə, elmə böyük önəm verdi. Bu yaxınlarda Prezident Bakıdakı 251 nömrəli məktəbdə aparılan əsaslı təmir işləri ilə tanış olub, bu təhsil ocağının yeni korpusunun açılışında iştirak edib. Olaylar.az bildirir ki, 1974-cü ildən fəaliyyətdə olan məktəbdə ümumilikdə 1700-ə yaxın şagird təhsil alır. Onların da təxminən yarısı ikinci növbədə dərsə gəlirdi. Böyük sıxlıq var idi. Yeni korpus bu problemi aradan qalxacaq. Yeni korpus 840 şagird üçün nəzərdə tutulub. Burada kimya, fizika, biologiya laboratoriyaları, 35 sinif otağı, kitabxana, oxu zalı və yardımçı otaqlar var.

"QHT.az" saytının rəhbəri, İnformasiya Təşəbbüslərinə Dəstək İB-nin sədri Cəsarət Hüseynzadə prezidentin sosial layihələrə, təhsilə hər zaman diqqətdə saxlamaqla dövlətimizin inkişafında təhsilin əsas və aparıcı istiqamətlərdən biri olduğunu qeyd edir və bildirir ki, ölkənin inkişafı məhz bu amillə daha çox bağlıdır:

"Azərbaycan dövləti hər zaman təhsilin inkişafına xüsusi diqqət yetirir. Azərbaycan yenidən müstəqillik qazandıqdan sonra ilk illər, əsas siyasət ölkəmizdə sabitliyinin qorunmasına yönəlmişdisə, növbəti mərhələdə Azərbaycanın inkişafını şərtləndirən əsas sahələrin ilə bağlı proqram və layihələrin icrasına başlanılmışdır.

Ulu öndərin əsasını qoyduğu siyasi və iqtisadi kursunu uğurla davam etdirən cənab İlham Əliyev tərəfindən 2003-cü ildən başlayaraq  Azərbaycanın inkişafı üçün yeni inkişaf konsepsiyaları müəyyən olundu. Cənab prezidentin təşəbbüsü ilə 17 ildir ki, Azərbaycanda qara qızılı insan kapitalına çevirmək prinsipi əsasında islahatlar aparılır. Ötən müddətdə təhsilinin inkişafına xidmət edən dövlət proqramları  qəbul edilərək icra edilib. Bu proqramlar çərçivəsində ölkənin təhsil sektoru kifayət qədər yeniləndi və bu proses uğurla davam etməkdədir."

Cəsarət Hüseynzadə qeyd edir ki, cənab Prezidentin təhsil sahəsinə göstərdiyi diqqət və qayğı nəticəsində, təhsil sektorunun inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biri kimi diqqətdə saxlanılır:

"Cənab Prezidentin təşəbbüsü ilə reallaşdırılan, təhsil sektorunun yol xəritəsi olan təhsilin inkişafı üzrə Dövlət Strategiyasının təsdiq edilməsindən 5 ildən çox vaxt keçib. Bu müddətdə strategiyanın icrası istiqamətində bir sıra əhəmiyyətli nailiyyətlər əldə edilib.

Qeyd olunan strategiya və proqramlar nəticəsində dövlət büdcəsindən təhsilə ayrılan xərclər əhəmiyyətli dərəcədə artmışdır.  2013-cü ilə nisbətən təhsil xərcləri  60 faizdən çox artaraq, 1.4 milyard manatdan 2019-cu ildə 2.3 milyard manata çatdırılmışdır. Bu artımı 2003-cü ilə  müqayisə etsək, təhsil xərcləri 9 dəfədən çox artmışdır.

Azərbaycanda təhsilin inkişafında  Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da xüsusi xidmətləri var. Belə ki, Mehriban Əliyevanın rəhbərlik  etdiyi  Heydər Əliyev Fondunun həyata keçirdiyi irimiqyaslı layihələr təhsil sahəsində əsaslı dönüş yaradıb. "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi demək olar ki, ölkənin təhsil infrastrukturunu yenidən qurdu."

Cəsarət Hüseynzadə bildirir ki, 2005-ci ildən həyata keçirilən proqramın əsas məqsədi təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etmək, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan qaldırmaq, cəmiyyətin müxtəlif təbəqələrinin, yerli və xarici şirkətlərin, beynəlxalq təşkilatların bu sahədə birgə əməkdaşlıq imkanlarını müəyyənləşdirərək ümumi işin xeyrinə yönəltməkdir:

"Bu məktəblərin hər birində müasir laboratoriya, kitabxana, yeməkxana, ən son avadanlıqla təchiz edilmiş kompüter otaqları, emalatxana, idman zalları, geniş meydançalar və ayrıca istilik sistemi vardır. Ümumilikdə isə ötən dövrdə Azərbaycanda 3500-dən çox məktəb tikilib və ya təmir olunub. Nəzərə alsaq ölkə üzrə məktəblərin ümumi sayı təqribən 5000 civarındadır, bu rəqəmi kifayət qədər uğurlu hesab etmək olar. Dövlət başçısı həmçinin çıxışlarında bildirmişdir ki, bir çox məktəb yenidən tikiləcək və hələ də təmirsiz olan məktəblərdə gələcək illərdə mütləq təmir işləri aparılacaq.

Onu da xüsusi vurğulamaq lazımdır ki,  Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Bakı şəhərində və regionlarda yeni istifadəyə verilmiş məktəblərin açılışlarında mütəmadi olaraq iştirak edir, öz məsləhət və tövsiyələrini verirlər.

Ölkə rəhbərliyinin bu açılışlarda iştirakı cavabdeh şəxslərin məsuliyyətini artırmaları ilə  bərabər, yeni təşəbbüslərin meydana gəlməsi və dəstəklənməsi üçün də əlavə stimuldur. Dəfələrlə Prezident və   Birinci vitse-prezident müşahidə olunan hər hansı bir problemlərin həlli üçün dərhal göstərişlər vermiş və həmin problemlərin həlli gerçəkləşmişdir.

Son illər təcili ehtiyac duyulan sahələrdə problemlərin həlli istiqamətində də yeni addımlar  atılır. Bu məqsədlə ehtiyac yaranan regionlarda modul tipli məktəblərin də quraşdırlmasına start verilib."

İnformasiya Təşəbbüslərinə Dəstək İB-nin sədri Cəsarət Hüseynzadə ölkənin təhsil infrastrukturunun müasir tələblərə cavab verməsi istiqamətində çox mühüm və vacib addımlar atıldığını, bu addımlar nəticəsində təhsilin keyfiyyətinin yükəslməsinə nail olunduğunu vurğulayır:

"Təhsil sahəsində aparılan mühüm islahatlar, müəllimlərinin bilik və bacarıqlarının inkişaf edilməsi də hər zaman diqqət mərkəzindədir.

Təhsil sahəsində yeni hədəflərin müəyyən olunması istiqamətində də çox ciddi işlər aparılmaqdadır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 27-də Emin Əmrullayevin Təhsil naziri təyin olunması ilə əlaqədar videoformatda keçirdiyi qəbulda da bununla bağlı göstərişlər vermişdir və əsas hədəflər müəyyən etmişdir.

Bu hədəflər təhsildə islahatlar dərinləşməsi, müəllimlərin peşəkarlığının artırılması, peşə təhsilinin inkişafı, yeni çağırışlara adekvat reaksiyaların göstərilməsi və digər məsələlərdir.

Pandemiya bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da təhsil sistemində müəyyən problemlər yaratmaqdadır. Ötən tədris ilinin yekununa təsadüf edən fövqəladə vəziyyət ilə bağlı alterativ tədbirlər görülsə də, müəyyən mənada çətinliklər  qaçılmaz oldu və bu çtinliklərin baş verməsi başa düşüləndir.

Yeni tədris ili üçün  nazirlik strukturlaşmış,  konseptual təklif  və qaydalarla çıxış edib. Təqdim olunun variantlar vətəndaşların sağlamlığın qorumaqla paralel olaraq, təhsil sistemində stabilliyi qorumağı hədəfləyib."

Ay An

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31