İcra başçısı sakinlərlə görüşüb

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 3-cü Alatava yaşayış sahəsində aparılan abadlıq-quruculuq işlərinin gedişi ilə  tanış olaraq,

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 3-cü Alatava yaşayış sahəsində aparılan abadlıq-quruculuq işlərinin gedişi ilə  tanış olaraq, sakinləri narahat edən məsələlərlə maraqlanıb, onların müraciətlərini dinləyib. Rayon İcra Hakimiyyətindən "Olaylar"a bildirilib ki, görüşdə qeyd olunub ki, Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də küçə və parkların, məhəllə və binaların abadlaşdırılması işləri  uğurla həyata keçirilir. Görülmüş işlərin davamı olaraq 3-cü Alatava yaşayış sahəsində kommunikasiya xətləri təmir edilmiş, məhəllə daxili yollara yeni asfalt örtüyü vurulmuşdur. Hal-hazırda yaşayış sahəsində abadlıq işləri davam etdirilir.

Görüşdə  karantin rejimi dövründə hər kəsin dövlətin pandemiya ilə mübarizədə həyata keçirdiyi tədbirlərə dəstək olmasının vacibliyi bildirilmiş, sakinlərin qaldırdıqları məsələlərin həlli ilə bağlı rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31