Bakı, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə pensiyalar artıq ödənilib

Bakı, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə sentyabr ayı üçün nəzərdə tutulan pensiyalar artıq ödənilib.

Bakı, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə sentyabr ayı üçün nəzərdə tutulan pensiyalar artıq ödənilib. Bunu Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə Əlaqələr Departamentinin müdiri Rəşad Mehdili deyib. Onun sözlərinə görə, pensiya vəsaitləri həmin şəhər və rayonlarda qeydiyyatda olan pensiyaçıların hesablarına köçürülüb: "Vətəndaşlar pensiyalarını Beynəlxalq Bankdan və Kapital Bankdan verilmiş bank kartları vasitəsilə həmin bankların bankomatlarından əldə edə bilərlər. Respublikanın digər rayonları üzrə, həmçinin dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə pensiyalarının isə sentyabrın 15-də ödənilməsi nəzərdə tutulub".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31