Qadınlara nəzarəti artırıb, toylara izacə vermək olar – Fazil Mustafa

Azərbaycanda 7 aya yaxındır ki, toyların keçirilməsinə qadağa qoyulub. Yoluxanların sayı kəskin azalaraq 89 nəfərə düşüb. Növbəti yumşalmada toyların keçirilməsinə icazə verilə bilər?

Azərbaycanda 7 aya yaxındır ki, toyların keçirilməsinə qadağa qoyulub. Yoluxanların sayı kəskin azalaraq 89 nəfərə düşüb. Növbəti yumşalmada toyların keçirilməsinə icazə verilə bilər?

Olaylar.az xəbər verir ki, bununla bağlı bağlı  danışan deputat Fazil Mustafa bildirib ki, sosial məsafə gözləmək və qonaq sayı 40-50 nəfər olmaq şərti ilə toyların keçirilməsinə icazə vermək olar:

"Bu niyə yubadılır? Mən bilmirəm. Bu formada toylara icazə verilsə, problem öz həllini tapa bilər. Toylarda əsasən sosial məsafənin gözlənilməsinə diqqət etmək lazımdır. Bir tərəfdən də qadınlara nəzarəti artırmaq lazımdır. Çünki daha çox duyğusal davranan qadınlar olur.
Kişilər əllə görüşüb məsafəsini tarazlaya bilirlər. Belə ki, qadınlar daha çox yaxın məsafədə yaxınları, doğmaları ilə görüşürlər. Sosial məsafəyə çox da nəzarət etmirlər. Bu məsələdə əsas fərdi məsuliyyətdir.

Hər kəs qoyulan qaydalara əməl etməli, duyğusallığı arxa plana qoymaq lazımdır. Qohumlarla yaxın ünsiyyət yoluxmaların sayını artıra bilər. Problemlərin kökü budur. Avropa ölkələrində bunu tənzimləmək olur. Çünki onlar bilirlər ki ən əziz insan olsa belə onunla qucaqlaşmağa ehtiyac yoxdur. Salamlaşmaq yetərlidir.

Bizdə bu yoxdur. Müşahidəm onu göstərir ki, insanlar tədbirlərdə yenə də heç nə olmamış kimi əvvəlki qaydada bir-biri ilə görüşürlər. Bütövlükdə toylara icazə verilməlidir. Toylara qoyulan qadağa sonradan demoqrafik problem yarada bilər. Bundan əlavə ailə içi sıxıntıları arıtırır.

Yenə də bizdə şöhrətpərəstlik gənclərin nişanlı zamanında daha çox özünü göstərir. Ad günlərində, bayramlarda qıza bahalı hədiyyələr alınır. Bu adətimiz özümüzə qarşı problemə çevrilib. Ona görə də toylara qoyulan qadağanı bu qədər uzatmağa ehtiyac yoxdur.(Sonxeber.az)

Şadlıq saraylarına xüsusi tələb qoyulur, qayda pozularsa da cərimə tədbiq edilir. Belə olanda da heç kim qaydaları poza bilməyəcək. Çünki maddi məsuliyyət böyük olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31