İcra başçısının müavininə TƏBİB-də vəzifə verildi
8 Sentyabr 2020 17:44 SosialBinəqədi Rayon İcra Hakimiyyətinin başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Aygün Əliyevaya yeni vəzifə verilib. AZXEBER.COM-un əldə etdiyi məlumata görə, icra başçısının müavininə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"ndə (TƏBİB) vəzifə verilib.Aygün Əliyevanın TƏBİB-də hansı vəzifəni icra edəcəyi barədə dəqiq məlumat yoxdur.Qeyd edək ki, bundan öncə Aygün Əliyevaya 2013-cü ildə 25 yaşında olarkən ən gənc xanım müavin olaraq Binəqədi rayon icra hakimiyyətində vəzifəyə təyin edilmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31