"Sədərək” Ticarət Mərkəzi XƏBƏRİ  YALANLADI

"Bir  sıra saytlarda   Yusif Qədimbəylinin   "Sədərək" Ticarət Mərkəzinin rəhbəri vəzifəsindən uzaqlaşdırılması ilə bağlı yayılan məlumat həqiqətə qəti  uyğun deyil." Bu barədə "Olaylar"a məlumat verən mənbə onu da qeyd edib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qapalı ticarət mətkəzlərində fəaliyyətin məhdudlaşdırılması ilə bağlı məlum qərarı belə xoşagəlməz şayiələrin yaranmasına səbəb olub. Məlum qərardan sonra bazarda yalnız topdansatışla məşğul olanlar onlayn satışla məşğul ola bilirlər.  Məlumatda o da bildirilib ki,  "Sədərək" Ticarət Mərkəzi digər iaşə obyektləri kimi tam şəkildə fəaliyyət göztərməyə hazırdır. Hazırda Ticarət Mərkəzində mütəmadi olaraq dezinfeksiya tədbirləri görülür, sahibkarların normal fəaliyyəti üçün lazımi şərait yaradılır. Müvafiq qurumların qərarından sonra Ticarət Mərkəzi tam gücü ilə fəaliyyətini davam etdirəcək."

"Biz   həmişə  Azərbaycanda  dövlətçiliyin  və  biznes  mühitinin  inkişafına  xidmət  etmişik.Bundan  sonra  da  edəcəyik"-deyə  ticarət  mərkəzindən  bildiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31