Tətil günləri açıqlandı - NEÇƏ GÜN İŞ OLMAYACAQ?

Təhsil naziri Emin Əmrullayevin 2020-2021-ci tədris ili üçün əsas tədris planlarına dair əmrində bildirilib ki, ümumi təhsil müəssisələrinin dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.

Olaylar.az xəbər verir ki, Təhsil naziri Emin Əmrullayevin 2020-2021-ci tədris ili üçün əsas tədris planlarına dair əmrində bildirilib ki, ümumi təhsil müəssisələrinin dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.

Tədris iki yarımilə bölünür. Birinci yarımil: 15 sentyabr-26 yanvar; ikinci yarımil: 1 fevral-14 iyun.

Tədris ili ərzində müəyyən edilən tətillər isə belədir: payız tətili - 16-20 noyabr (5 gün); qış tətili - 27-31 yanvar (5 gün); məktəbəhazırlıq qrupları və ibtidai siniflər üçün əlavə tətil - 1-5 may (5 gün).

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31