Dünyanın ilk COVİD-19 peyvəndi Dövriyəyə Buraxıldı

Rusiyanın Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Araşdırmaları Mərkəzi tərəfindən hazırlanan “Sputnik V” peyvəndinin ilk partiyası dövriyyəyə buraxılıb.

Rusiyanın Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Araşdırmaları Mərkəzi tərəfindən hazırlanan "Sputnik V" peyvəndinin ilk partiyası dövriyyəyə buraxılıb.

Olaylar.az xəbər verir ki, bu barədə "Sputnik International" məlumat yayıb.

Səhiyyə Nazirliyindən məsələ ilə bağlı verilən açıqlamaya istinadən dərc edilən informasiyaya görə, dünyanın ilk COVID-19 peyvəndi statusu alan "Sputnik V" Səhiyyə Nazirliyində Federal Müşahidə Xidməti (Roszdravnadzor) laboratoriyalarında keyfiyyət testlərindən keçirilib və bundan sonra tədavülə buraxılıb.

Qeyd edək ki, peyvənd 11 avqustda dövlət qeydiyyatına alınmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31