Hindistan səfirliyində Müəllimlər Günü qeyd edilib - Onlayn tədbir vasitəsilə
Hindistanın Bakıdakı Səfirliyi onlayn tədbir vasitəsilə Müəllimlər Gününü qeyd edib. Olaylar.az bildirir ki, ilk dəfədir Hindistan Höküməti dünya ölkələrində tədrislə məşğul olan hindistanlı müəllimlərin və əslən Hindistandan olan müəllimlərin şərəffinə kampaniya başlayıb. Azərbaycanda, azərbaycanlı uşaqların və gənclərin parlaq gələcəyini formalaşdırmaqla bacarıqların yüksək inkişafı ilə məşğul olan 11 hindistanlı müəllim var. Hindistanlı müəllimlər ibtidai məktəblərdən orta məktəblərə qədər Azərbaycanın müxtəlif məktəblərində çalışırlar.
8 Sentyabr 2020 11:23 SosialHindistanın Bakıdakı Səfirliyi onlayn tədbir vasitəsilə Müəllimlər Gününü qeyd edib. Olaylar.az bildirir ki, ilk dəfədir Hindistan Höküməti dünya ölkələrində tədrislə məşğul olan hindistanlı müəllimlərin və əslən Hindistandan olan müəllimlərin şərəffinə kampaniya başlayıb. Azərbaycanda azərbaycanlı uşaqların və gənclərin parlaq gələcəyini formalaşdırmaqla bacarıqların yüksək inkişafı ilə məşğul olan 11 hindistanlı müəllim var. Hindistanlı müəllimlər ibtidai məktəblərdən orta məktəblərə qədər Azərbaycanın müxtəlif məktəblərində çalışırlar.
Müəllimlər şagirdlərə xüsusi bağlarla bağlıdır, çünki onlar şagirdləri kitablar və öz həyat təcrübələri vasitəsilə öyrədir. Müəllimlər öz şagirdlərini yalnız peşəkar həyatda deyil, həm də şəxsi həyatda uğurlu olmağa hazırlayırlar. Bizim cəmiyyətlərimizdə müəllimlər hörmətlə qarşılanır və onların şərəfinə 5 sentyabr tarixi Hindistanda Müəllimlər Günü kimi qeyd olunur. Bu tarix, Hindistanın keçmiş ikinci Prezidenti və keçmiş birinci Vitse-Prezidenti olmuş məşhur akademik, filosof Bharat Ratjna mükafatçısı Dr. S. Radhakrishnanın anadan olma ildönümü günüdür. O, kübar müəllim idi və 1962-ci ildə onun doğum ildönümünün Müəllimlər Günü olaraq qeyd edilməsi qərara alınıb.
Tədbir ərzində 11 hindistanlı müəllimin hər biri Azərbaycandakı mükəmməl iş təcrübələrindən və bu ölkədə qazandıqları böyük dəyər və hörmətdən danışıblar.