Sentyabrın 8-i üçün teledərslərin cədvəli açıqlanıb
7 Sentyabr 2020 21:00 Sosial"Mədəniyyət" telekanalı və "Təhsil" televiziyasının "Facebook" səhifəsində yayımlanan "Dərs vaxtı" proqramının sentyabrın 8-i üçün nəzərdə tutulan cədvəli açıqlanıb.
Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.
Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, mövzuları "Dərs vaxtı"nda öyrənməyi tövsiyə edir.
"Dərs vaxtı"na ekran qarşısında baxa bilməyənlər tədris edilən mövzuları Təhsil Nazirliyinin rəsmi "YouTube" kanalı ilə yanaşı, "Facebook" səhifəsindən, videodərslər portalından (https://video.edu.az/), eyni zamanda, "Təhsil" televiziyasının "Facebook" səhifəsindən izləyə bilərlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31