İcra başçısı vətəndaşların problemlərini dinləyib
7 Sentyabr 2020 21:40 SosialNeftçala Rayon İcra Hakimiyyəti tərəfindən onlayn qaydada vətəndaşların növbəti qəbulu həyata keçirilib. "OLAYLAR"-a daxil olan xəbərə görə, Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov tərəfindən fərdi qaydada keçirilən onlayn qəbulda əvvəlcədən müraciət edən Neftçala şəhəri, o cümlədən qəsəbə və kənd sakinlərinin iştirakı ilə baş tutub.
Müraciətlər əsasən işlə təmin olunma, torpaqların verilməsi, evlərinə təmir üçün köməklik edilməsi və digər problemlərlə əlaqədar olub. Vətəndaşların problemləri ayrı-ayrılıqda dinlənilib. Bəzi məsələlər müzakirə zamanı həllini tapıb. Bir sıra digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31