Gəlin toyda dava saldı- VİDEO
Uelsin Suonsi şəhərində gəlin toyda dava salıb.
7 Sentyabr 2020 15:47 SosialUelsin Suonsi şəhərində gəlin toyda dava salıb.
Olaylar.az-ın verdiyi xəbərə görə, müzakirələrə səbəb olan video "The Sun" tərəfindən dərc olunub.
Reqbi klubunun ərazisində çəkilən kadrlardan da göründüyü kimi, gəlin paltarı geyinən qadın kimisə yerə yıxıb döyür, kənarda isə huşsuz halda başqa bir sərxoş qadın uzanıb.

Maraqlıdır ki, ətrafdakı kişilər onları ayırmaq əvəzinə, sakitcə müşahidə edirlər.
Klub işçilərinin polisə müraciət etdikləri bildirilir. Məlumata əsasən, hadisə toy mərasimindən sonra baş verib.
Hadisənin digər təfərrüatları açıqlanmır.
"Bu toydursa, görün, boşanma necə olar?!" - deyə izləyicilər videonu şərh edib.
edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31