Avtomobillərdə xeyli sayda siqaret Aşkar edildi

 Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları 2 fakt üzrə siqaretlərin qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları 2 fakt üzrə siqaretlərin qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən "Olaylar"a bildirilib ki, Baş İdarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn "Renault Premium" və "Mercedes Benz" markalı nəqliyyat vasitələrinə gömrük baxışı keçirilib.Yoxlama zamanı avtomobillərin gizlin saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən 4800 ədəd müxtəlifmarkalı siqaret aşkar edilib. Hər iki faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31