Əhali yeni qaydalara daha ciddi riayət etməlidir
Məsuliyyət hissinin artması pandemiyanın yayılmasının qarşısını ala bilər
7 Sentyabr 2020 15:35 SosialMəsuliyyət hissinin artması pandemiyanın yayılmasının qarşısını ala bilər
Ölkədə koronavirusa qarşı aparılan mübarizə, həyata keçirilən effektli tədbirlər karantin rejiminin yumuşaldılmasına səbəb olub. Gündəlik statistik məlumatlardan aydın olur ki, xəstəlikdən müalicə olunanların sayı virusa yoluxanların sayını üstələyir. Bəzi regionlar isə artıq koronavirusdan təmizlənib. Virusun qeydə alındığı ərazilərin əksər hissəsində risk ocaqları ləğv edilib. Onlarla rayonda isə ümumiyyətlə xəstəliyə yoluxma halı qeydə alınmayıb. Etiraf edilməlidir ki, Azərbaycanda koronavirusa qarşı görülən tədbirlərin müsbət göstəricilərlə müşahidə olunması, həm də səhiyyə sahəsində görülən işlərin məntiqi nəticəsidir. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi və göstərişi əsasında son illərdə bu sistemdə önəmli tədbirlər reallaşdırılıb. Ölkədə yüzlərlə səhiyyə ocağı tikilib və təmir edilərək xəstələrin istifadəsinə verilib. Hər il 5 milyondan çox insan dövlət hesabına tibbi müayinədən keçib. Koronavirus pandemiyası ilə mübarizədə bütün qüvvələr səfərbər olunub. Yeri gəlmişkən xatırladaq ki, STM-in sorğusunda pandemiyaya qarşı mübarizə sahəsində görülən işlər də qiymətləndirilib. Belə ki, rəyi alınan şəxslərin böyük əksəriyyəti düşünür ki, ölkədə bu istiqamətdə aparılan mübarizə tədbirləri tədqirəlayiqdir. Həmçinin əhalinin 60 faizdən çoxu pandemiyanın ailə gəlirlərinə mənfi təsir göstərdiyini bildirib. Məhz bu kimi amillər nəzərə alınaraq ölkə başçısı tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilib. Görülmüş işlərin nəticəsi olaraq Nazirlər Kabineti yanında Operativ Qərargah karantin rejimi tədbirlərinin yumşalması haqqında qərar qəbul edib. Belə ki, qapalı iaşə obyektlərininin daxilində xidmətə icazə verilib, ölkənin əksər şəhər və rayonlarında sərtləşdirilmiş xüsusi karantin rejimi ləğv edilib, bir çox məhdudliyyətlər aradan qaldırılıb. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yeni yoluxma halları ilə bağlı təhlükə qaldığına görə, bir sıra məhdudiyyətlərin saxlanılması qərara alınıb. Gediş-gəlişlə bağlı məhdudiyyətin qüvvədə qalması yoluxma təhlükəsinin daha yüksək olduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayondan ölkənin digər şəhər və rayonlarına infeksiyanın ötürülməsini maksimal şəkildə məhdudlaşdırmaq məqsədi daşıyır. Ən əsası isə şərələr və rayonlararası gediş-gəliş bərpa olunub. Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən məhdudlaşdırma və ya yumşaldılma ilə bağlı qərarlar təsadüfi verilmir. Öncə ölkədə və ayrı-ayrı regionlarda vəziyyət ətraflı öyrənilir, təhlil olunur, bütün risklər müəyyənləşdirilir və onların qarşısının alınması üçün müvafiq qərarlar qəbul edilir. Maraqlıdır, hazırki qərar koronavirusun yayılmasına şərait yaradacaqmı? Nəsimi rayon sakini Dünya Şəmilova qeyd edib ki, Azərbaycanda koronavirus infeksiyası ilə bağlı vəziyyət dövlət başçısının ciddi nəzarəti altındadır: "Bütün dünyada həyəcana səbəb olan koronavirusla bağlı hazırda Azərbaycanda da pandemik şərait müşahidə olunur. Dünyanın artıq 162 ölkəsində qeydə alınmış koronavirus öz təsir dairəsini sürətlə genişləndirməkdədir. Bu virus insanların sağlamlığına ciddi təhdid yaratmaqla yanaşı, iqtisadiyyata da mənfi təsir göstərir.Ölkəmizdə bu cür yan təsirlərin qarşısının alınması üçün əsaslı tədbirlər həyata keçirilir. İlk növbədə, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müşavirələrində təcili, təxirəsalınmaz və icrası məcburi olan bir sıra qərarlar qəbul edilib. Burada kütləvi tədbirlərin təxirə salınması qərara alınmış və martın 14-dən etibarən ölkə ərazisində bəzi sosial izolyasiya tədbirləri tətbiq olunmuş, aidiyyəti qurumlara vətəndaşların təhlükəsizliyinin təmin olunması istiqamətində DST-nin tövsiyələrinə uyğun olaraq tapşırıqlar verilmişdir. Paytaxtın bütün park və küçələri dezinfeksiya edilir. Karantin rejimi tətbiq olunur. Əhalinin imkansız hissəsələrinə dövlət tərəfindən yardım göstərilir. Bununla yanaşı, bölgələrdə də koronavirus əleyhinə işlər aparılır. Koronavirus (COVID-19) infeksiyasının yanılmasının qarşısının alınması məqsədilə Qəbələ rayonunda tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir. Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq, koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq üçün Qəbələ şəhərində, eləcə də rayonun qəsəbə və kəndlərində mütəmadi olaraq dezinfeksiya işləri aparılır. Həmçinin, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Oğuz rayonunda da tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir. Şamaxı rayonunda da koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində genişmiqyaslı tədbirlər görülür.Şəhərin prospekt və küçələri, səkilər, yaşayış məhəllələrinin əraziləri dezinfeksiyaedici məhlulla yuyulur, gündəlik tələbat malları mağazalarının, apteklərin, iaşə obyektlərinin giriş-çıxışları təkrar dezinfeksiya edilir". Onun sözlərinə görə, dövlət səviyyəsində koronavirusun Azərbaycanda yayılmaması, əhalinin sağlamlığının mühafizəsi ilə bağlı bütün lazımi addımlar atılır, ən yüksək səviyyədə qabaqlayıcı tədbirlər görülür: "Bu gün vətəndaşların rayona gediş və gəlişi, qapalı iaşə obyektlərdə istirahət üçün kifayət qədər yumuşaldıcı tədbirlər həyata keçirilib. Odur ki, vətəndaşlar, eləcə də sahibkarlar infeksiyanın yayılmaması üçün dezinfeksiya qaydalarına əməl etməli, sosial məsafə gözlənilməsini təmin etməlidirlər. Əhali arasında maarifləndirmə işləri daha da gücləndirilməlidir ki, qəbul edilən qərarlar düzgün icra edilsin. Yalnız bu halda pandemiyanın yayılmasının qarşısını almaq mümkün olar".
Bilsuvar rayon sakini Fəxrəddin Babazadə qeyd edib ki, Azərbaycanın pandemiyanın başladığı ilk günlərdən mübarizədə özünəməxsus yol seçən ölkələrdən biri olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə hökumət koronavirus infeksiyasının yayılmasının qarşısını almaq, onun iqtisadiyyata və insanların sosial vəziyyətinə vurduğu zərərin təsirlərini azaltmaq üçün vaxtında və uğurlu tədbirlər hazırlayaraq həyata keçirir. Məhz bu layihələrin də əsasında insan, onun rifahı, sosial cəhətdən müdafiəsi dayanır. O ki, qaldı Operativ Qərargahın son qərarına deyə bilərəm ki, bu, vətəndaşarın ürəyincədir. Heçə müddət idi ki, insanlar rayonlarına gedə bilmirdilər, yaxınları, hətta ailə üzvləri ilə görüşə bilmirdilər. Bundan sonra sadalanan problemlər həllini tapmış olacaq. Lakin insanlar bu qərara dırnaqarası baxmamalı, istər qapalı məkanlarda, istərsə də rayonlara səfər zamanı Operativ Qərarhagın tövsiyyələrinə əməl etməlidirlər. Bu işdə sahibkarlar da diqqətli olmalı, vətəndaşlar üçün lazım olan şəraiti yaratmalıdırlar. Bu zaman verilmiş qərarın heç bir mənfi təsiri ola bilməz".
Nurlan
Olaylar.az