DİQQƏT! Azərbaycanın bu şəhərində yoluxma sürətlə artır — 16 nəfər ölüb

Son günlər Şirvan şəhərində koronavirusa yoluxanların sayında artım müşahidə olunur. Məsələ ilə bağlı Şirvan şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, şəhər üzrə ümumilikdə 394 nəfər virusa yoluxub:

"Virusa yoluxanlardan 294-ü sağalıb, aktiv xəstə sayı isə 84 nəfərdir. Onlardan 27-si xəstəxanada, 57-si ev şəraitində müalicə alır. Ümumilikdə 16 nəfər dünyasını dəyişib", - deyə bildirilib.Redaktor.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31