Murad Arif: "Kaş ki o mahnıdakı kimi..."
Xəbər verdiyimiz kimi Sabirabad Gənclər İdman İdarəsinin keçmiş baş əməkdaşı Rauf Əsədov intihar edib.
7 Sentyabr 2020 14:29 SosialXəbər verdiyimiz kimi Sabirabad Gənclər İdman İdarəsinin keçmiş baş əməkdaşı Rauf Əsədov intihar edib.
Olaylar.az xəbər verir ki, müğənni, bəstəkar Murad Arif 31 yaşlı Rauf Əsədovun ölümündən yazıb.
O, bu barədə "Facebook" sosial şəbəkəsində paylaşım edərək, təəssüf hisslərini bildirib.
"Sabirabadda bir cavan ata, mənim "Oğlum" mahnımın sözlərini öz oğlu üçün yazaraq, intihar edib.İçim darmadağın... Kaş ki, elə o mahnıdakı "VARLIĞIN BELƏ YAŞAMAĞA BƏSDİR MƏNƏ" cümləsindən güc alaydı... Allah rəhmət eləsin..", - deyə o, qeyd edib.
Qeyd edək ki, intihar edən Rauf Əsədov hadisədən bir həftə əvvəl işdən çıxıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31