MOK yeni müsabiqə Elan Edib

Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) maskot müsabiqəsi elan edib.

Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) maskot müsabiqəsi elan edib.

Qurumdan "OLAYLAR"-a verilən məlumata görə, ölkəni tədbirlərdə təmsil edəcək maskot xalqla birlikdə müəyyənləşdiriləcək.

İdeyasına, bacarığına güvənən hər kəs kağızda və ya kompüter proqramlarının köməyi ilə hazırladığı işləri oktyabrın 1-dək mövzuda "Maskot" qeyd etməklə MOK-un e-mail ünvanına ([email protected]) göndərə bilər.

Personaj ideyası seçimində sərhəd yoxdur. Maskot əyləncəli olmaqla yanaşı, olimpiya detallarını özündə birləşdirməlidir. İştirakçılar təkliflərini personajın (ideyanı anlatmaq) qısa tanıtımı ilə bir yerdə göndərməlidirlər. 

Müsabiqənin qalibi MOK-da təşkil olunacaq münsiflər heyətinin rəyi əsasında müəyyənləşəcək. Qalib işin müəllifi xüsusi medalla təltif ediləcək.

Qeyd edək ki, seçilmiş talisman rəsmən MOK-un mülkiyyətinə keçəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31