Azərbaycan Konqreslər Bürosunun direktoru dünya tədbirlər sənayesinin 100 ən nüfuzlu şəxsindən biridir
Dünyada tədbirlər sənayesi üzrə mühüm platforma sayılan, həmçinin auditoriyasına statistik və məlumatlandırıcı informasiyalar çatdıran “Eventex” 2020-ci ildə işgüzar tədbirlər sənayesinin ən nüfuzlu 100 insanını təqdim edib.
7 Sentyabr 2020 12:38 SosialDünyada tədbirlər sənayesi üzrə mühüm platforma sayılan, həmçinin auditoriyasına statistik və məlumatlandırıcı informasiyalar çatdıran "Eventex" 2020-ci ildə işgüzar tədbirlər sənayesinin ən nüfuzlu 100 insanını təqdim edib.
"OLAYLAR"-a Dövlət Turizm Agentliyindən bildirilib ki, 26 ölkədən olan şəxslər arasında Azərbaycan Konqreslər Bürosunun direktoru Sevda Əliyeva da yer alıb.
Platformanın bildirdiyinə görə 5500-dən çox insanın səsverməsi ilə seçilmiş 100 şəxs yaradıcılığı, baxış tərzi, yenilikçilik qabiliyyəti ilə tədbirlər sənayesində xüsusi fərqlənən insanlardır.
2009-cu ildə təsis edilən "Eventex" platforması 85 ölkədən 950-dən çox şirkəti özündə birləşdirir. Platforma, eyni zamanda tədbirlər sənayesində müxtəlif nominasiyalar üzrə mükafatlar da təqdim edir