Prokurorluq Mingəçevirdə fəhlənin ölümü ilə bağlı məlumat yaydı

 Sentyabrın 4-də Mingəçevir şəhəri ərazisində 1978-ci il təvəllüdlü İsaq Əhmədovun elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olub.

Sentyabrın 4-də Mingəçevir şəhəri ərazisində 1978-ci il təvəllüdlü İsaq Əhmədovun elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olub. "Olaylar" xəbər verir ki, Mingəçevir şəhər Prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda)  maddəsi ilə cinayət işi başlanıb. İlkin istintaqla İsaq Əhmədovun Mingəçevir İstilik Elektrik stansiyasının 1-ci nasosxanasında boyama işləri görən zaman elektrik cərəyanın təsirinə məruz qalaraq ölməsi müəyyən edilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31