Quba sakinindən ov tüfəngi Götürülüb

Quba sakinindən qanunsuz olaraq saxlanılan ov tüfəngi götürülüb.

Quba sakinindən qanunsuz olaraq saxlanılan ov tüfəngi götürülüb. "Olaylar" xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin Qonaqkənd Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə rayonun Ruçuq kənd sakini Fərhad Nəmətova məxsus fərdi evin həyətindən müvafiq sənədləri olmayan bir ədəd "İj" markalı ov tüfəngi aşkar edilərək götürülüb. Faktla bağlı araşdırmalar aparılır. Həmin silahın hər hansı cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31