"Çox ac idik, gecəqonduda yaşayırdıq" - Seda Sayan

Türkiyəli müğənni Seda Sayan "40 xəbər" verilişində uşaqlıq illərindən danışıb.

Axşam.az xəbər verir ki, sənətçi ailəsinin çox kasıb olduğunu və xeyli əziyyət çəkdiyini deyib:

"Biz çox ac idik. Gecəqonduda yaşayırdıq. Heç vaxt kirayə pulunu vaxtında ödəyə bilmirdik. Atam kirayə pulu çatdığı zaman, hamı sevdiyi əşyasını götürsün deyirdi. Gecələr çox qaçmışıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31