Bakıda QORXUNC HADİSƏ: kran aşdı, ölən var - VİDEO (YENİLƏNDİ)

Bakıda kranın aşması nəticəsində bir nəfər ölüb. Səhiyyə Nazirliyindən verilən görə, hadisə paytaxtın Nəsimi rayonu, Mövsüm Sənani 29 ünvanında baş verib.Həmin ərazidə kranın aşması barədə məlumat təcili yardıma saat 14.04 də daxil olub. Bədbəxt hadisə nəticəsində 1 nəfər ölüb. (trend)

xxx

Bakıda kran aşıb.

Bakı Nəqliyyat Agentliyinin yaydığı məlumata görə, bir az əvvəl Azadlıq prospekti ilə Nəsib bəy Yusifbəyli küçəsinin kəsişməsinə yaxın ərazidə kran aşıb:

"Azadlıq prospekti ilə Nəsib bəy Yusifbəyli küçəsinin kəsişməsində kranın aşması ilə əlaqədar Həsən Əliyev küçəsindən Azadlıq prospektinə giriş (şəhər istiqamətində) bağlanıb.

Hazırda avtomobillər eləcə də, müntəzəm və ekspres xətlər üzrə avtobuslar alternativ yollardan keçməklə hərəkət edirlər. Sürücülərdən zərurət olmadığı halda bu istiqamətdə hərəkətdən çəkinmələrini xahiş edirik.

Bunu nəzərə alaraq həmin istiqamətdə hərəkət edən sürücülərdən alternativ küçələrdən istifadə etmələrini xahiş edirik".

Hazırda hadisə yerinə FHN əməkdaşları cəlb olunublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31