Həbsdə olan valideyinlərin övladları illə görüşünə icazə veriləcək
COVİD-19-la əlaqədar 2020-ci ilin mart ayından etibarən valideynlərin uşaqları ilə ünsiyyətinə məhdudiyyətlər qoyulmuşdu. Bunun əvəzində videobağlantılar keçirilməsi təklif edilirdi.
4 Sentyabr 2020 13:07 SosialCOVİD-19-la əlaqədar 2020-ci ilin mart ayından etibarən valideynlərin uşaqları ilə ünsiyyətinə məhdudiyyətlər qoyulmuşdu. Bunun əvəzində videobağlantılar keçirilməsi təklif edilirdi. "Olaylar"ın məlumatına görə, bunu Ədliyyə Nazirliyi İcra baş idarəsinin rəis müavini (rəis vəzifəsini icra edən) Fərid Əfəndiyev bildirib. F.Əfəndiyev qeyd edib ki, ölkədə yoluxma sayının azalması ilə bağlı bəzi məhdudiyyətlərin aradan qaldırılması nəzərdə tutulub: "Karantin dövründə valideynlərə şərait yaratmışdıq ki, övladları ilə virtual görüşsünlər. Hazırda əksər fəaliyyət sahələri bərpa olunduğundan, valideynlərin övladları ilə görüşünə icazə verilir. Bununla bağlı karantin dövründə verilmiş göstərişin ləğv edilməsi üçün müraciət etmişik".