Ramiz Mehdiyevin yerinə kim seçiləcək
4 Sentyabr 2020 11:16 SosialKorrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın yaxın vaxtlarda iclasının keçirilməsi gözlənilir.
İclasda Komissiya üzvləri özlərinə sədr seçəcəklər.
Bununla yanaşı, Azərbaycanda korrupsiya ilə bağlı vəziyyətin müzakirə edilməsi gözlənilir.
Qeyd edək ki, Komissiyanın beş üzvü Prezident, beş üzvü Milli Məclis, beş üzvü isə Konstitusiya Məhkəməsi tərəfindən təyin olunur. Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın sədri Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev olub.(oxu.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31